Logo

Cəlilabadda mədəniyyət sahəsində çalışan bir qrup qadın əməkdaş təltif olunub

08.03.2023 09:51 625 baxış
IMG

Martın 7-də Cəlilabad rayon Mədəniyyət Mərkəzinin və MİHİ Cəlilabad rayon komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 8 mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, mədəniyyət mərkəzinin direktoru Ramin İbrahimov və MİHİ Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov çıxış edərək başda şəhid anaları, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan qadınlarını bu əlamətdar gün münasibətilə təbrik ediblər.

Sonra mədəniyyət sahəsində çalışan bir qrup qadın əməkdaşa “Fəxri Fərman” və hədiyyələr təqdim olunub.

Xəbər lenti